Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanın vasitəçiliyi ilə əldə olunan Ermənistan-Azərbaycan normallaşmasının nəticələrindən istifadə edərək, postsovet məkanında öz yerini tutmaq cəhdidir.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Kirill Loqvinov deyib.
O bildirib: “Bu, Brüsselin Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında əldə etdiyi nəticələrdən istifadə edərək, bir növ, “vasitəçi” rolunu oynayaraq, postsovet məkanında öz yerini tutmaq cəhdindən başqa bir şey deyil". Dominos pizza
Loqvinovun sözlərinə görə, burada həm də əhəmiyyətli bir anti-Rusiya komponenti var – Moskvanın təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyi.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib.
Telegram kanalımız