Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı
26 Noy 2020 21:59
920

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

Ermənistan İstintaq Komitəsinin Şirak əyaləti üzrə idarəsində 36 yaşlı Rusiya Federasiyası vətəndaşının ölümü barədə materiallar hazırlanır.

Yenisabah.az xəbər verir ki, bu barədə shamshyan.com məlumat yayıb.

36 yaşlı Anton Pısokun cəsədi noyabrın 25-də aşkar edilib. İstintaq orqanlarının qərarı ilə cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.

Fotojurnalist Qaqik Şamşyan bildirib ki, Anton Pısok Gümrü şəhərində yerləşən 102 saylı Rusiya bazasının müqavilə əsasında xidmətdə olan hərbi qulluqçusu olub  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər