“Ermənistanın iqtisadiyyatı uzun müddət müharibə aparmağa imkan vermir“   - Natiq Cəfərli

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın iqtisadiyyatı uzun müddət müharibə aparmağa imkan vermir“ - Natiq Cəfərli

İqtisadiyyat

29 Sentyabr 2020 12:01 1349


Təcrübə göstərir ki, müharibə aparmaq üçün təkcə hərbi-siyasi deyil, həm də iqtisadi resurslara böyük ehtiyac duyur. Belə ki, müharibə külli miqdarda vəsait tələb etdiyi üçün iqtisadi cəhətdən zəif olan dövlətlər uzun müddət duruş gətirə bilmirlər.

Maraqlıdır, Ermənistanın iqtisadi resursları Azərbaycanla uzunmüddətli müharibəyə imkan verirmi?

Məsələ ilə bağı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Ermənistan iqtisadiyyatı bir neçə faktordan, ən əsası Rusiya iqtisadiyyatından ciddi şəkildə asılıdır: Pepperoni pizza

“Bu faktora Rusiyadan gələn vəsait, yəni Rusiyada çalışan Ermənistan vətəndaşlarının öz ailələrinə göndərdiyi vəsait və rus şirkətlərinin Ermənistan ərazisində fəaliyyəti daxildir. Son rəsmi rəqəmlər göstərir ki, Rusiyadan MDB ölkələrinə, o cümlədən Ermənistana pul göndərilməsi azalıb. Bu da Ermənistanın əlavə problemlərlə üzləşməsi ilə nəticələnir. Çünki resurları o qədər də dayanıqlı deyil. Ermənistanın Rusiya və ya İrandan gələn iqtisadi dəstəyini hesaba almasaq, çox qısa zamanda iqtisadi cəhətdən tamamilə müflis olmaq təhlükəsi ilə üzbəüz qaldığını görərik”.

Mütəxəssis vurğulayıb ki, uzunmüddətli müharibəyə Ermənistan iqtisadiyyatı hazır deyil:

“Onların qızıl-valyuta ehtiyatları sadəcə bir neçə ay bəs edəcək qədərdir, yəni bu nöqtədə kifayət qədər zəifdir. Həmçinin xarici borcu da kifayət qədər yüksəkdir. Düzdür, ən çox borcu Rusiyayadır. Rusiya isə çox zaman borcu ya güzəşt edir, ya da əvəzinə hansısa dövlət aktivlərini alır. Amma hər halda Ermənistan iqtisadiyyatı uzunmüddətli müharibəyə hazır deyil. Xarici dəstək olmadan uzunmüddətli müharibə aparmaq Ermənistan üçün həm fiziki, həm iqtisadi olaraq mümkünsüz görünür“.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!