“Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq” -   General Reşetnikov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq” - General Reşetnikov

Siyasət

15 Noyabr 2020 13:32 3586


Ermənistan dövləti dünya xəritəsində yalnız Rusiyanın sayəsində mövcuddur.

Yenisabah.az xəbər verir ki, bunu "Rus marağı" Youtube-kanalının efirində Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-leytenantı Leonid Reşetnikov deyib.

Onun sözlərinə görə, əgər bu gün Ermənistanda anti-Rusiya qüvvələri hakimiyyətə gəlsələr, bu dövlətdən heç nə qalmayacaq. pizza sifarişi

"Unutmaq lazım deyil ki, "Ermənistan" sözü Rusiya imperiyası ilə dirilib, o yox idi. Bu çoxdan, yüzillər, yüzilliklər bundan əvvəl olub və ermənilərin indi malik olduqları hər şey Rusiyanın, sonra isə Sovet İttifaqının köməyi ilə edilib", - deyə L.Reşetnikov bildirib.

"Və əgər orada hansısa daha bir qüvvə-artıq küçədən yox, dalandan hakimiyyətə gələrsə, onda Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq", - deyə istefada olan general-leytenant əlavə edib. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!