Erməni “porno star“ Diananın xaçını aldı

saytların hazırlanması

Evə çatdırılma

Erməni “porno star“ Diananın xaçını aldı

Şou

19 Yanvar 2023 15:46 1188


Erməni əsilli amerikalı şou-biznes ulduzu, "porno star" Kim Kardaşyan Uels şahzadəsi Diananın (1961-1997) taxdığı asqı xaçı Londondakı “Sotheby's” hərracında 163.800 funta (202.200 dollar) alıb.

Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, 1920-ci illərdə “Garrard” zərgərlik şirkətinin hazırladığı ametist kulon hərracda ilkin qiymətindən iki dəfə baha satılıb.

5,25 karatlıq yuvarlaq kəsilmiş almaz daş-qaşı 1980-ci illərdə Fələstin əsilli britaniyalı iş adamı Naim Attallah (1931-2021) alıb. O, şahzadə Diana ilə mehriban münasibətdə olub və Diana onun sayəsində bu xaçı bir neçə dəfə taxıb.

Xüsusilə, Diana 1987-ci ilin oktyabr ayında Londonda hamilə qadınların hüquqlarının müdafiəsinə həsr olunmuş xeyriyyə gecəsində bu kulon ilə özünü ictimaiyyətə təqdim etmişdi.

Xatırladaq ki, 42 yaşlı Kim Kardaşyan əvvəllər də tarixi əhəmiyyət kəsb edən dəb əşyalarına maraq göstərib. Keçən il o, “Met Gala”da Merilin Monronun geyindiyi libasla çıxış edib. Bu paltarı geyinmək üçün o, 7 kq arıqlamalı olub.

2021-ci ildə Kardaşyan 1,8 milyard dollar sərvətiylə “Forbes” jurnalının tərtib etdiyi milyarderlər siyahısına daxil edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!