Əsgərlərimiz qış təlimində

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərimiz qış təlimində

Dünya

04 Fevral 2019 15:32 1111


NATO-ya üzv və tərəfdaş ölkələrin silahlı qüvvələrinin nümayəndələri alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Gürcüstanda keçirilən aralıq dağ qış təlimlərində iştirak edirlər.

Bu barədə  Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, polkovnik Besik Kutateladze adına Saçxere Qış Təlim Məktəbi tərəfindən Qudauri (Mtsxeta-Mtianeti bölgəsi) dağlarında keçirilən təlimdə Litva, Belarus, Azərbaycan, Ukrayna və Gürcüstandan 14 hərbçi iştirak edir.

Təlimlərdə hərbçilər xizəklər üzərində texnikanın idarə olunması, maneələrdən və sərt dağ yamaclarından keçirilməsi, gecələr qar altında sığınacaq yaradılması və qar uçqunu altında qalmış şəxslərin xilas edilməsi qaydalarını öyrənir, bacarıqlarını artırırlar. Dördpendirli pizza

Bu, təlimlərin artıq ikinci mərhələsidir. Hərbçilərin qışda dağ hazırlığının ilk mərhələsi Smtsxe-Cavaxetiya bölgəsinin Abuli dağlarında olub.

Təlim kursu fevralın 8-də başa çatacaq. Kursu müvəffəqiyyətlə bitirən hərbçilərə döş nişanı və sertifikatlar veriləcək.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!