25 May - 23:19
“Eşkiya”nın aktyoru Bakıya gəlir

“Eşkiya”nın aktyoru Bakıya gəlir

Şou

26 Yan 2022 18:00


Türkiyəli aktyor Ozan Akbaba Bakıya gəlir.

Yenisabah.az xəbər verir ki, aktyor fevralın 3-də paytaxtdakı kinoteatrların birində nümayiş olunacaq “Anka” filminin təqdimat mərasimində iştirak edəcək.

Nümayişdə filmin baş rolunun ifaçısı Ozan Akbaba və digər aktyorlar da iştirak edəcək. Filmin qala gecəsinə biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, filmin prodüseri həmyerlimiz Müşfiq Quluzadədir.

Xatırladaq ki, O.Akbaba Türkiyənin məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialında “İlyas” obrazına həyat verib.


Youtube kanalımız


Digər xəbərlər