“Əslində, gülməli olan sizsiniz” – Günel Zeynalovadan atmaca

saytların hazırlanması

Evə çatdırılma

“Əslində, gülməli olan sizsiniz” – Günel Zeynalovadan atmaca

Şou

19 Avqust 2025 13:57 433


Günel Zeynalova ilə türkiyəli aparıcı Burcu Esmersoy arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb aktrisanın 5 il əvvəl "İbrahim Selim ile bu gece" verilişində səsləndirdiyi fikirlər olub. 

Burcu Esmersoy Günelin "Didem" adlı mahnısının klipi ilə bağlı dedikləri müğənnini əsəbiləşdirib. Aparıcı klipdə pula görə çəkildiyini və bu qədər izlənəcəyini düşünmədiyini bildirib.  pizza sifarişi

Günel həmin görüntüləri paylaşaraq yazıb: "Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. Bu açıqlamandan xoşum gəlmədi. İnsan keçmişdə yaşadıqlarından utanmamalıdır. Ədəbsiz və ya mahnı oxuya bilməyən insanın klipində rol almadın. Oranı-buranı açmadın, "gənclik" deyib, "cool" olmusunuz? Nəyi gülməlidir? Nə mövzuda danışırsınız? Deyin görək. Gülməli olan nədir? İbrahim Selim və Burcu Esmersoy, əslində, gülməli olan sizin etdiyinizdir. Keçmişinizdən utanan sizsiniz" 

Bu paylaşımdan sonra Burcu Esmersoy Günel Zeynalovanı sosial şəbəkədə əngəlləyib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!