“Etibar Əliyevin qaldırdığı iddialar absurddur” – “Həmin kadrları...”

saytların hazırlanması

Evə çatdırılma

“Etibar Əliyevin qaldırdığı iddialar absurddur” – “Həmin kadrları...”

Sosial

11 İyul 2023 11:03 7021


Millət vəkili Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən istefa verib. Bu barədə deputat öz "Facebook" səhifəsində bildirib.

Etibar Əliyev istefa səbəbini bu cür açıqlayıb: "Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü".

 Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Yenisabah.az-a açıqlama verib. Sədr bildirib ki, Etibar Əliyev istefa üçün ona rəsmi şəkildə müraciət etməyib: Marqarita pizza

"Etibar müəllim istefası ilə bağlı şuraya rəsmi müraciət etməyib və şəxsən mənə bununla bağlı müraciət ünvanlamayıb. "İctimai iştirakçılıq haqqında" qanuna əsasən, o, bunun üçün sədrə yaxud İctimai Şuraya müraciət etməlidir. Biz isə istefa xəbərini yalnız onun "Facebook" hesabından oxuduq.

Bizim iclas dünən "Zoom" platforması üzərindən oldu, iclasda müzakirələr apardıq, baş verən son prosesləri, sertifikasiya məsələsini müzakirə etdik. İclasda hər kəsə söz verilir, həmçinin Etibar müəllimə də söz verildi. Ona söz verildikdə nə istefası ilə bağlı, nə də başqa bir məsələ ilə əlaqəli fikrini bildirmədi. Ümumiyyətlə, Etibar Əliyev İctimai Şuraya və ya mənə nə isə demək istəyirsə, bunu niyəsə "Facebook" hesabı üzərindən edir. Bu da onu kommunikasiyasını seçmək hüququdur.

Bizim şuranın 9 üzvü var və hər kəsin istədiyi vaxt istefa üçün müraciət etmək hüququ var, həmçinin də Etibar Əliyevin. Necə ki, üzv olmaq üçün müraciət edilir, eləcə də istefa üçün müraciət etmək üzvlərin hüququdur. Mən Etibar bəyin hüququndan istifadə etməsində hər hansı problem görmürəm".

G.Səfərova qeyd edib ki, millət vəkilinin İctimai Şura ilə bağlı səsləndirdiyi ittihamlamlar həqiqəti əks etdirmir:

"Etibar Əliyevin qaldırdığı iddialar isə absurddur. Bizim iclaslarımız "Zoom" platformasında olur və bildiyiniz kimi, bu platformada onlayn qeydiyyat aparılır, iclas prosesi saxlanılır. Onun ittihamları əsassızdır, lakin biz ittihamları təkzib etmək üçün həmin kadrları yaymayacağıq, çünki bu bizim dəyərlərimizə ziddir, biz bu metoddan istifadə etmirik. Mən şəxs olaraq bu tip insan deyiləm və mənə elə gəlir ki, cəmiyyətdə mənim söylədiyim fikir yetkin olaraq necə söyləmişəmsə, o cür də qəbul edilir. Bizi izləyən insanlar bilir ki, həm üzvlərimiz, həm də mən özüm müxtəlif platformalarda həm razılaşdığımız, həm də razılaşmadığımız məqamları qeyd etmişik. 

"İctimai iştirakçılıq haqqında" qanunun heç bir bəndində yazılmayıb ki, İctimai Şura yanında olduğu qurumla ancaq "müharibə aparmalıdır". Biz cəmiyyətlə həmin qurum arasında körpüyük. Problemlər varsa, araşdırırıq, müəyyən məsələləri monitorinq edirik. 1 il 7 ayda şəxsən özüm onlarla məktəbi ziyarət etmişəm, regionlara getmişəm. Nazirlik tərəfindən həyata keçirilən bütün layihələr bizimlə müzakirə olunub, bu müzakirələrin hamısında Etibar müəllim şəxsən iştirak edib. Bu müddət ərzində nazirin özü bizimlə 4 dəfə görüşüb. Eyni imkanlar bütün üzvlərə yaradılıb. 

Bizdə hər şey protokollaşdırılır və Etibar müəllim hər hansı məsələ ilə bağlı mənə müraciət etməyib. Yalnız dünən iclası təyin etdiyimiz ərəfədə müəyyən məsələləri təklif edib, onu da müzakirə etmişik. "İctimai iştirakçılıq haqqında" qanunun heç bir maddəsində yazılmayıb ki, nazir görüşlərdə iştirak etməlidir. Bu, ümumiyyətlə, İctimai Şuranın fəlsəfəsinə ziddir. Mənim fikrimcə, insan istefa da verə bilər, başqa bir quruma daxil də ola bilər, amma ümumi dəyərlərimizi, hörmətimizi, prinsiplərimizi unutmamalıyıq".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!