Etibar Hüseynovdan iki çaynik çay üçün 33 manat aldılar 

saytların hazırlanması

Evə çatdırılma

Etibar Hüseynovdan iki çaynik çay üçün 33 manat aldılar 

Sosial

07 İyul 2022 09:56 2792


Keçmiş millət vəkili Etibar Hüseynovdan Atatürk Parkında bir çaynik çay üçün 33 manat pul alınıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda E. Hüseynov sosial şəbəkədə paylaşım edib. O, bildirib:

“Dünən bir dostla "Gənclik"dəki "Atatürk" parkında çay içməli olduq. Sonunda 2 çay və 1 ləbləbiyə ( dostum diabet olduğuna görə gətirilən mürəbbəni ləbləbi ilə dəyişməyi xahiş etmişdi) 33 manant pul aldılar.  Sezar pizza

Çek-filan da istəməsən gətirmirlər. 

Dediyim ondadır ki, bu hal hələ ölkəyə turist axını 0 səviyyəsində olan bir vaxtda baş verir; gör indi turist bol olarsa nə qiymətlər olar? 

Ümumiyyətlə ölkənin ticarət sektorunda bir özbaşnalıq hökm sürür. Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq-çəkinəcək ünvanları da yox. Bax ona görə də yenicə vüsət almış turist axınının axırına çıxdılar qısa zamanda” -  Sitatın Sonu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!