“Etimadı tam doğrultmadığımı bilirəm” – Eldəniz Əzizli

“Etimadı tam doğrultmadığımı bilirəm” – Eldəniz Əzizli
Sent 15, 2019 18:09
Oxunma sayı: 62

"Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir".

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan güləşçisi Eldəniz Əzizli deyib. Güləşçimiz Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: "Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm. Ancaq etimadı tam doğrultmadığımı bilirəm"

Qeyd edək ki, 55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouri ilə üz-üzə gəlib. Görüş E. Əzizlinin təmiz qələbəsi ilə yekunlaşıb. O, rəqibinə cəmi 39 saniyəyə qalib gəlib (8:0). 

Yenisabah.az