Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanıldı

Siyasət

26 Aprel 2024 17:59 651


Ermənistanda polis İrəvan-Sevan yolunun bir hissəsini bağlayan etirazçıların qarşısını almaq üçün güc tətbiq edib. 

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında “Ermənistan” blokunun deputatları Artur Xaçatryan və Arman Kazaryan da var.

Polislə etirazçılar arasında toqquşma olub.

Qeyd edək ki, İrəvanın mərkəzində də etiraz aksiyaları keçirilir, bir sıra küçələr bağlanıb. Etirazçılar hökumətin istefasını tələb edirlər.//Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!