Etirazçılara Xatirə də qoşuldu: “Toyu atıb nazirliyin tədbirinə getmişəm”

saytların hazırlanması

Evə çatdırılma

Etirazçılara Xatirə də qoşuldu: “Toyu atıb nazirliyin tədbirinə getmişəm”

Şou

17 Noyabr 2025 10:40 571


Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı etirazına bir çox sənət adamı qoşulub.

"Yeni Sabah" xəbər verir ki, etirazçılar arasında müğənni Xatirə İslam da yer alıb.

İfaçı bildirib ki, vaxtı ilə toylarını ataraq Mədəniyyət Nazirliyinin tədbirlərinə qatılıb: pizza mizza

"Mən hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım yoxdur.

19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb dövlət tədbirlərinə təmənnasız gedirdim ki, gələcəkdə mənə kömək olsun".

Müğənni qeyd edib ki, Xankəndidə doğulan yeganə ifaçı olsa da, tədbirlərə dəvət almır:

"İndi Xankəndi… Heç uzağa getməyin. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. "Xankəndi" əsərim də milyonların dilindədir. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt heç kəsə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur, amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam hər mənada".

Qeyd edək ki, Nura Surinin etirazlarına Almaxanım Əhmədli və Elnur Hüseynov da qoşulub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!