Ev tikmək istəyənlərin   NƏZƏRİNƏ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial

28 Fevral 2026 01:19 978


Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, bu məsələ fərdi yaşayış evlərinin qanunvericiliyə uyğun şəkildə necə tikilməsinin aktuallığını artırır.

Bir çox hallarda vətəndaşlar ev tikintisi zamanı hansı tələblərə riayət edilməli olduğunu bilmirlər. Bəs fərdi ev tikmək üçün hara müraciət olunmalıdır? Bunun üçün icazə tələb edilirmi? Dominos pizza

Daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi icazə alınmasına ehtiyac yoxdur. Ölkədə fəaliyyət göstərən layihə və smeta bürolarına müraciət etməklə vətəndaşlar istifadələrində olan torpaq sahəsinə dair sənədləri təqdim edirlər.

"Normativlərə uyğun olaraq evin eskiz layihəsi hazırlanır və aidiyyəti qurumlar tərəfindən təsdiq edildikdən sonra vətəndaş tikinti prosesinə başlaya bilər", - deyə ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!