Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza evdə pişik saxladığına görə təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, bu, Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B.-dir. O, sərxoş halda zorakılıqdan başqa qanunsuz odlu silah saxlamada ittiham olunub.
Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib. Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamlar əsasında müttəhimi 5 ilə qədər həbs gözləyir. Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətini, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.
Telegram kanalımız