Evdən meyit tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Evdən meyit tapıldı

Kriminal

04 Fevral 2019 16:35 1637


Bakıda gənc oğlanın meyiti tapılıb. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində baş verib.

Fevralın 2-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 1992-ci il təvəllüdlü, Nuriyev Seyran Tofiq oğlunun yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub.

Hadisə yerinə baxış zamanı yataq otağında çuqun materialdan hazırlanmış soba aşkar edilib. Toyuqlu pizza

İlkin araşdırma zamanı müəyyən olunub ki, S.Nuriyev yataq otağında huşsuz vəziyyətdə aşkar olunub.

Faktla bağlı Binəqəd rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 -ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!