Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat

Kriminal

12 Sentyabr 2026 16:10 102


Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mirnəsib Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mirnəsib Yusifov tez-tez evə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı Bəsti Yusifova ilə mübahisələri olub. O, Bəstinin bir neçə dəfə telefonunun kodunu dəyişdiyini görüb və bunu ona irad tutub, "TikTok" sosial şəbəkəsindən istifadə etməməsini tapşırıb. Bəsti isə onun bu tələblərinə məhəl qoymayıb. pizza sifarişi

Bir neçə gün sonra Mirnəsib yenidən içkili vəziyyətdə evə gələrək, Bəsti ilə mübahisə edib. Qadın ərinə onun hərəkətlərindən bezdiyini bildirib. Bu vaxt Mirnəsib mətbəx bıçağı ilə Bəstiyə iki zərbə endirib. O, daha sonra hadisə yerindən uzaqlaşıb.

Bəsti Yusifova xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Yusifov saxlanılaraq istintaqa təhvil verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!