Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanılıb

Kriminal

22 Yanvar 2026 15:23 446


Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub. Sezar pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!