Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı

Kriminal

21 Aprel 2026 15:13 563


Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!