“Expresbank”ın xalis mənfəəti 65%-ə yaxın artıb

saytların hazırlanması

Evə çatdırılma

“Expresbank”ın xalis mənfəəti 65%-ə yaxın artıb

İqtisadiyyat

14 Oktyabr 2026 16:09 66


“Expresbank” ASC 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr ayları) mənfəət və zərər haqqında hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bank cari ilin 9 ayını güclü maliyyə göstəriciləri ilə başa vuraraq xalis mənfəətini əhəmiyyətli dərəcədə artırıb. Hesabat dövründə bankın dövr üzrə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 65% (3,9 milyon manat) artaraq 9 milyon 941,93 min manat təşkil edib (ötən ilin müvafiq dövründə 6 milyon 22,19 min manat olub).

Maliyyə göstəricilərinin təhlili göstərir ki, bankın ümumi faiz gəlirləri illik müqayisədə yüksələrək 70 milyon 210,36 min manata çatıb (keçən il 60 milyon 657 min manat). Bunun da böyük hissəsini — 66 milyon 769,75 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bankın xalis faiz gəliri 43 milyon 648,30 min manat, qeyri-faiz gəlirləri 14 milyon 571,98 min manat (bunun 3,6 milyon manatı valyuta əməliyyatlarından), əməliyyat mənfəəti isə 18 milyon 535,86 min manat olub. Mümkün zərərlər üçün ayrılan məqsədli ehtiyatların həcmi isə 7,6 milyon manatdan 6 milyon manat səviyyəsinə qədər azalıb. Toyuqlu pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!