YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü  - Fotolar

Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü - Fotolar

Sosial

24 Noyabr 2022 17:00 385


Noyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib.

Yenisabah.az xəbər verir ki, Əmircan Mədəniyyət evində sakinlərlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin 17 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər Ordumuzun yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. Ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərinin və təməlqoyma, açılış mərasimlərində iştiraklarının hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Həmçinin RİH başçısı Əmircan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verib.

Milli Məclisin deputatı Afət xanım Həsənova çıxışında bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində rayon rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırıb.

Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və araşdırılması 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!