Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü  - Fotolar

Sosial

06 Yanvar 2023 15:16 765


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar görüş-qəbulunu Əmircan qəsəbəsinin sakinləri ilə keçirib. 

Yenisabah.az xəbər verir ki, A.Aqarunov adına 154 №-li tam orta məktəbdə sakinlərlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

RİH başçısı Əziz Əzizov çıxış edərək keçirilən səyyar görüşlərin əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirildiyinə xidmət etdiyini və bunun təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. O, həlli mümkün olan mövcud məsələlərin operativ şəkildə yerindəcə həll edildiyini, zərurət yarandığı halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını sakinlərin diqqətinə çatdırıb. RİH başçısı prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. pizza mizza

Həmçinin, Milli Məclisin deputatı Afət xanım Həsənova da Əmircan qəsəbəsinin tarixi simasının özünə qaytarılması istiqamətində Bakı Abadlıq Xidməti tərəfindən aparılan abadlıq işlərinin hazırda davam etdirildiyi barədə ətraflı məlumat verərək bildirib ki, yaxın zamanlarda qəsəbə turizm məkanına çevriləcək.  

Görüşdə çıxış edən sakinlər Əmircan qəsəbəsi ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!