F-18 qırıcılarının istehsalı dayandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

F-18 qırıcılarının istehsalı dayandırılacaq

Dünya

27 Fevral 2023 07:32 643


“Boeing” şirkəti 2025-ci ildən etibarən Amerika təyyarədaşıyıcılarında geniş istifadə edilən “F/A-18 Super Hornet” qırıcılarının istehsalını dayandıracağını elan edib.

Məlumata görə, bu təyyarələrin yığılması sexi Sent-Luisdə yerləşir və orada təxminən 15,8 min nəfər çalışır ki, onlardan da 1500 nəfəri məhz F/A-18 proqramına cəlb edilib.

“Boeing”in sözçüsü Debora Van Nirop həmin əməkdaşların hamısının digər istehsal proqramlarına yenidən yönləndiriləcəyini söyləyib. Dominos pizza

Eyni zamanda, artıq istehsal olunmuş təyyarələrə texniki qulluq və modernləşdirmə “onilliklər” ərzində davam edəcək.

Bundan əlavə, sözügedən təyyarələr Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən alınarsa, yeni F/A-18-lərin istehsalı 2027-ci ilə qədər uzadıla bilər.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!