“Facebook”da kütləvi nasazlıq başladı - Minlərlə istifadəçi  istifadə edə bilmir

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”da kütləvi nasazlıq başladı - Minlərlə istifadəçi istifadə edə bilmir

Rəqəmsal

28 İyul 2026 00:43 86


ABŞ-də minlərlə istifadəçi “Facebook” sosial şəbəkəsinin fəaliyyətində problemlərlə üzləşib.

“Yeni Sabah” xəbər verir ki, məşhur internet xidmətlərində yaranan nasazlıqları izləyən “Downdetector” platformasının məlumatına görə, son bir saat ərzində 1 800-dən çox şikayət qeydə alınıb.

Bildirilib ki, istifadəçilərin 38 faizi saytın işləməsində, 36 faizi mobil tətbiqə girişdə, 14 faizi isə hesablarına daxil olmaqda problem yaşadıqlarını qeyd ediblər. pizza

Məlumata əsasən, oxşar problemlər təkcə ABŞ-də deyil, Böyük Britaniya, Kanada və Meksikada da müşahidə olunub.

Şirkət nasazlığın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!