“Facebook”dan 3 ölkənin media orqanları ilə bağlı mübahisəli qərar
06 İyn 2020 12:39
309

“Facebook”dan 3 ölkənin media orqanları ilə bağlı mübahisəli qərar

"Facebook" şirkəti Rusiya, Çin və İrandakı bəzi media orqanlarını "dövlət nəzarətində olan media" kimi  etiketləməyə və ABŞ-dakı istifadəçiləri hədəfə alan reklamları blok etməyə başlayır. 

Yenisabah.az xəbər verir ki, "Facebook"un etiketləməyi qərara aldığı media orqanları bunlardır:

Rusiya - "Sputnik",

İran - "Press TV",

Çin - "Xinhua News" 

"Facebook"un Kiber Təhlükəsizlik Siyasətinin direktoru Nataniyel Qleyçer məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, "Facebook" Amerika mediasını etiketləməyəcək:

"Çünki ölkədəki dövlət mediasının belə daxili müstəqilliyi var".

Oxşar xəbərlər