Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

saytların hazırlanması

Evə çatdırılma

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

Hadisə

29 İyun 2026 20:39 496


Xəbər verdiyimiz kimi, Ağcabədidə 24 yaşlı Vəli Süleymanov elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır.

Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib. Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun kürək nahiyəsinə dəyib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. (Qafqazinfo) pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!