Fahriye Evcen arıqlayıb bu hala düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fahriye Evcen arıqlayıb bu hala düşdü - Foto

Şou

03 Yanvar 2020 14:39 4495


Türkiyənin dünyaca məşhur aktrisası Fahriye Evcen doğuşdan sonra yaranmış artıq çəkilərdən xilas ola bilib.

Aktrisa ana olduqdan sonra artıq çəkiyə görə tənqid olunurdu.

O, səkkiz ay ərzində xüsusi dieta ilə əvvəlki vəziyyətinə qayıdıb. Evindən paylaşdığı foto ilə arıqladığını göstərib.   Sezar pizza

On iki kilo çəki atan aktrisa oğluna süd verdiyi üçün təhlükəli dietalardan istifadə etməyib. Aktrisa yalnız sağlam qidalanmaqla, hər gün iki litr su içməklə və idman sayəsində əvvəlki vəziyyətinə qayıda bildiyini açıqlayıb.

Xatırladaq ki, aktrisa oğlunun şəklini ilk dəfə sosial şəbəkədə paylaşdıqdan sonra xarici oyuncaq firmasından Karanın reklamda çəkilməsi üçün bir milyon lirəlik (təxminən 287 min AZN) təklif gəlib. Amma Burak Özçivit və Fahriye Evcen cütlüyü təklifdən imtina edib.

Qeyd edək ki,  Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib. 2019-cu ilin aprel ayında isə oğulları Karan dünyaya gəlib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!