Faiq Ağayevin yeni məşğuliyyəti - Sabun hazırlayır + Foto
25 Mart 2020 15:14
812

Faiq Ağayevin yeni məşğuliyyəti - Sabun hazırlayır + Foto

Xalq artisti Faiq Ağayev özünə maraqlı məşğuliyyət tapıb. 

Yenisabah.az xəbər verir ki, müğənni karantin müddətində evdə sıxıldığı üçün sabun hazırlayıb. 

Hazırladığı sabunları sosial şəbəkədə izləyiciləri ilə bölüşən sənətçi sabunu hazırlamağın reseptini də yazıb: 

"Karantin sərgüzəştləri. Yarımca saata əl işi sabun hazırladım. Tərkibi: sabun qalıqları, bədən losyonu (əl və ya üz üçün krem də ola bilər), bitki çayı, xırda doğranmış ətirli otlar. İstəsəniz, az miqdatda aromatik yağ da əlavə etmək olar. Hazırlanma: tərkibdəkilər buxar vannasında qarışdırılaraq əriyəndən sonra, silikon formalara doldurulur və soyuducuya qoyulur. Az müddət sonra sabun hazır olur".

Faiq Ağayevin yeni məşğuliyyəti - Sabun hazırlayır + Foto

Oxşar xəbərlər