Fədayə Laçından Tacirlə bağlı gözlənilməz açıqlama - Video

Fədayə Laçından Tacirlə bağlı gözlənilməz açıqlama -
Noy 20, 2019 18:08
Oxunma sayı: 3362

Müğənni Fədayə Laçın Tacir Şahmalıoğlu ilə duet oxuma məsələsi ilə bağlı açıqlama verib. Belə ki, mediada yayılan xəbərlərə görə bacısı İlahə Fəda ona Tacir Şahmalıoğlu ilə duet oxumağı qadağan eləyib. 

"Yeni Sabah" xəbər verir ki, ARB TV-nin "Show News” verilişinə danışan ifaçı xəbəri təkzib edib.

"Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib”.

 

Yenisabah.az