Fələstinli qız Türkiyədə müalicə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Fələstinli qız Türkiyədə müalicə olunacaq

Dünya

01 Oktyabr 2026 16:04 63


İsrailin Qəzzaya hücumları nəticəsində ombasına və onurğasına qəlpə yarası dəyən 6 yaşlı fələstinli Sila Əbu Kərim müalicə olunmaq üçün Türkiyəyə aparılıb.

“Yeni Sabah” xəbər verir ki, yerimə qabiliyyətini itirmək riski ilə üz-üzə qalan qızcığazın müalicəsi Adana Şəhər Xəstəxanasında davam etdirilir.

Türkiyə Səhiyyə Nazirliyinin nəzarəti altında balaca qızın onurğasındakı zədəni aradan qaldırmaq üçün yaxın saatlarda xüsusi əməliyyat olunacağı və ardından reabilitasiya prosesinə başlanılacağı bildirilib. pizza

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!