Bu gün Fövqəladə Hallar Nazirliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. O qeyd edib ki, gənclər siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Toyuqlu pizza
Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri təbrik edib Nazir müavini deyib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.
Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirən Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.
Telegram kanalımız