Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.
“Yeni Sabah” "Unikal"a istinadla xəbər verir ki, qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, aşkar edilmiş qanunsuz tikinti ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alınıb. pizza hut
Daha bir məlumata görə, sözügedən qanunsuz tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyevə məxsus olub.
Belə ki, o, özünə məxsus olduğu bildirilən 20 sot torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış obyekti tikdirmək istəyib.
Qeyd edək ki, Rövşən Nəbiyev bu vəzifəyə ötən ilin iyun ayında gətirilib.
Telegram kanalımız