Fidan: : Türkiyə gələcəyini Avropada görməyə davam edir

saytların hazırlanması

Evə çatdırılma

Fidan: : Türkiyə gələcəyini Avropada görməyə davam edir

Dünya

21 Mart 2024 09:11 493


Türkiyənin Avropa İttifaqına üzv olmaq üzrə strateji baxışı qüvvədə qalır, lakin Aİ-nin belə bir dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı vəzifədaşı Xose Manuel Albareslə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə gələcəyini Avropada görməyə davam edir. Prezidentimizin əvvəllər də təsdiq etdiyi kimi, Ankaranın Aİ-yə daxil olmaq üçün strateji baxışı dəyişməyib. Aİ-nin ayrı-ayrı ölkələri ilə münasibətləri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, lakin Aİ ilə əlaqələrin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır. Bu heç də həmişə bizim xeyrimizə olmur. Danışıqlar prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi tələb olunur. 2004 və 2005-ci illərdə mövcud idi, lakin sonra eroziyaya məruz qaldı və yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə buraxdı”, - deyə Fidan vurğulayıb. Pepperoni pizza

Nazir xatırladıb ki, Brüssellə danışıqlar prosesinin gündəmində həll olunmamış məsələlər, xüsusən də gömrük ittifaqının genişləndirilməsi, ticarət əlaqələri, viza rejiminin liberallaşdırılması, miqrasiya siyasəti var:

"Biz bu mövzularda Aİ ilə fəal işləməliyik, lakin təəssüf ki, hazırkı şərtlərdə biz bu məsələləri Avropa İttifaqı ilə istədiyimiz kimi həll edə bilmirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!