FIFA Misir millisindən formanın tərtibatını dəyişməyi tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

FIFA Misir millisindən formanın tərtibatını dəyişməyi tələb etdi

İdman

13 İyun 2026 21:05 165


Futbol üzrə Misir milli komandası 2026-cı il dünya çempionatı üçün tərtib etdiyi formanı dəyişməyə məcbur olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Mayki Junior "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Qeyd olunub ki, tələb Misir yığmasının formasındakı loqonun üzərində yer alan yeddi ulduzla əlaqədardır. Marqarita pizza

Belə ki, həmin ulduzların sayı Misirin Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu ifadə edir. FIFA qaydalarına görə isə formadakı ulduzlardan yalnız dünya çempionatında qazanılan titulları göstərmək üçün istifadə etmək olar.

Bundan başqa, FIFA futbolçuların adları və nömrələri üçün istifadə olunan qızılı rəngin də dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, Misir millisi DÇ-2026-da ilk oyununu iyunun 15-də Belçika yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində həmçinin iyunun 22-də Yeni Zelandiya, iyunun 27-də isə İran millisi ilə üz-üzə gələcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!