Filmdə istifadə olunan İncil 400 min dollara satıldı

saytların hazırlanması

Evə çatdırılma

Filmdə istifadə olunan İncil 400 min dollara satıldı

Şou

09 Noyabr 2022 13:45 922


“Şouşenkdən qaçış" filmində istifadə olunmuş İncil Londondalı "Propstore" hərracında 387,5 min funt-sterlinqə (440 min dollara) satılıb.

Yenisabah.az "Business Insider"ə istinadla xəbər verir ki, filmdə Müqəddəs Kitab əsas yer tutur. Həbsxana gözətçisi Norton İncili filmin ən əvvəlində baş qəhrəmana "Xilas içəridədir" sözləri ilə verir. O, kitabın içində çəkic gizlədir və onun vasitəsilə Şouşenk həbsxanasından qaçmağa nail olur.

Filmin premyerası 1994-cü ildə baş tutub. Süjet Stiven Kinqin “Rita Heyvort və Şouşenkdən xilas” əsərindən götürülüb. Baş rollarda Tim Robbins və Morqan Friman çəkiliblər. Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!