Finlandiya İsveçsiz də NATO üzvü olacaq

Finlandiya İsveçsiz də NATO üzvü olacaq

Dünya

07 Fevral 2023 10:37 386


Finlandiya Türkiyə və Macarıstan tərəfindən müraciəti təsdiqlənərsə, İsveç olmadan NATO-ya daxil olacaq.

Yenisabah.az “İltaLehti”ə istinadla xəbər verir ki, Finlandiya və İsveçin NATO-ya daxil olmaq üçün birgə müraciəti artıq Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i tərəfindən bəyənilib.

Finlandiya İsveç olmadan NATO-ya üzv olmağa hazırdır. Belə bir vəziyyət Türkiyə və Macarıstan Finlandiyanın üzvlüyünü yazda ratifikasiya etsə də, ölkələrdən biri İsveçin müdafiə alyansındakı üzvlüyünü ratifikasiya edilməmiş tərk edərsə, yaranacaq.

Rəsmi Helsinki Alyansa qoşulmağın birgə xarakterini dəfələrlə vurğulayıb.

Finlandiya və İsveçin NATO-ya daxil olmaq üçün birgə müraciətinin ratifikasiyası prosesi bu ilin əvvəlində Stokholmda müsəlmanlara qarşı etiraz aksiyaları səbəbindən dayandırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!