Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən danışdı

Şou

06 Mart 2025 17:38 659


"Hələ də şokdayam ki, Cavanşir Məmmədovun ölümünü necə qəbul etdim. İnsan öz sağlamlığının qayğısına qalan, baxımlı və positiv idi. Həyatı sevən insan idi. Mənə ilk qonşularından zəng gəldi. Dedilər ki, Cavanşir Məmmədovun evində nəsə olub. Təcili yardımın biri gəlir, biri gedir. Düşündüm ki, bu yaşda insanlarda təzyiq olur, yəqin elə-belədir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Özəl" verilişində deyib. Müğənni mərhum duet ortağı Cavanşir Məmmədovdan danışıb:

"Sonra ikinci zəng gəldi ki, Cavanşir Məmmədov dünyasını dəyişib. Mən şok keçirtdim və heç nə eşitmədim. Maşına oturdum ki, məni Cavanşir müəllimin evinə aparın. Yaxınlaşanda gördüm ki, qapı açıqdır. Dördpendirli pizza

Cavanşir 30 ilə yaxın dostum olub. Atamı, qardaşımı, dostumu əvəvz edib. Bizim bir bağımız var idi. Musiqi bir sehirli aləmdir".

F.İbadova duetlərinin uzunömürlü olması haqda suala "Tərəf müqabilinlə səbrli olmalısan. "İşdə sevgi macərası" filmini çox sevirik. İşdə sevgi hissləri olmamalıdır. Əgər bunlar baş verirsə, qalırsan geridə. Sən səbrli olmalı və güzəştə getməyi bacarmalısan. Faktlarla sübut etməlisən ki, o,iş yoxdur. Ya gərək rəsmiləşdirəsən, ya da sən insanla işləməyə gəlmisən. Cavanşir Məmmədov və həyat yoldaşı sevirdi bir-birini. Onlar ikisi birlikdə mənə zəng etmişdi" cavabını verib./axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!