Fiziki məhdudiyyətli şəxslər üçün metroda yenilik

saytların hazırlanması

Evə çatdırılma

Fiziki məhdudiyyətli şəxslər üçün metroda yenilik

Sosial

31 Yanvar 2019 19:03 1150


Ötən ilin sentyabr ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC sosial əhəmiyyəti mühüm genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb.

QSC-dən “Yeni Sabah” a verilən məlumata görə, layihəyə görə əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq. 

Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq. Dominos pizza

Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə olunacaq. Bu məqsədlə xüsusi proqram işlənib və metropolitenin saytında yerləşdirilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!