Flora Kərimova: “Evinin qapısına qıfılı gözyaşları ilə bağlayıb geri dönəndə…“

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova: “Evinin qapısına qıfılı gözyaşları ilə bağlayıb geri dönəndə…“

Şou

26 Fevral 2022 11:35 575


“Müharibə dəhşətli bir şeydir! Yaşanan tarixlər yad deyil, yeni deyil. Sadəcə ad və məkan dəyişir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib.

Ukraynadakı müharibə barədə danışan sənətçi onlar üçün dua edib: pizza mizza

"Bəzən qırılan ümidlərin səsi qulaq batırır! Bu çox ani olur. Müharibə dəhşətli bir şeydir! Yaşanan tarixlər yad deyil, yeni deyil. Sadəcə ad və məkan dəyişir! Evinin qapısına qıfılı gözyaşları ilə bağlayıb geri dönəcəyində, yerində nə tapacağını bilmədən getmək böyük faciədir!

Əlacsızlığın məğlubiyyəti daha ağır olur. Bu zaman kəsiyində kimi tarixdə qürurla anılan olur, kimi də istəmədən kədərli statistikanın birinə çevrilir. Əlimdən gələn mövqeyimi göstərmək və dua etməkdir! Qarğış etmək isə vərdişim deyil. Duam isə budur: bu qara günlər tezliklə Ukraynanın tarixinə fəxarətli gün kimi yazılsın!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!