“Əgər mən azərbaycanlıyamsa, hansı hissləri keçirə bilərəm?!”
Yenisabah.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya 27 sentyabr Anım Günü ilə bağlı verdiyi müsahibəsində Xalq Artisti Flora Kərimova deyib.
Sənətçi hisslərini bölüşüb: Dominos pizza
“Canımla, qanımla 30 ildir həsrətində yaşadığım o müqəddəs torpaqlara qovuşmağımızı mən necə sakit yaşaya bilərəm. Məni bu dərd qocaltdı. Bilməzdim ki, 80 yaşında bu sevinci yaşayacam. Amma yenə də bizi rahat buraxmırlar. Hələ silahı əldən yerə qoymaq olmaz, ayıq-sayıqlığımızı bir an belə itirməməliyik”.
Flora Kərimova bildirib ki, Qarabağ zəfərinə görə, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə minnətdar olmalıyıq.
Xalq artisti əlavə edib: “Qoy mənə kim nə deyir desin, bu sözlərimi çatdırmalıyam və həqiqəti söyləməliyəm: “Hər ailəyə onun başçısının nüfuzu ilə hörmət edərlər. Belə bir böyük sevinci, hörməti, qüruru da Azərbaycan adlı ailəyə bir şəxs bəxş etdi. O şəxs, mənim nəzərimdə, Ali Baş Komandan İlham Əliyevdir.
İlham Əliyev bu xalqın ömrünü uzatdı. Kim nə deyir desin. Desinlər, mən yaltağam və ya adıma-sanıma görə tərifləyirəm. Mən insana ağılı, hərəkətləri və gördüyü işlərin nəticələrinə görə hörmət edirəm. Biz nankor olub yaxşılığı görə bilməsək, Allah bizi cəzalandıra bilər. Çünki 44 gün ərzində qələbə bizə Yaradanın iradəsi ilə qismət oldu. Seçdi o insanı, inandı o insana və xalqımızı, millətimizi məhz ona həvalə etdi. İlham Əliyev də bu savaşdan alnı açıq çıxdı. Allah gələcək sınaqlardan bizi qorusun”.
Telegram kanalımız