Flora Kərimova-Ülviyyə Alovlu məhkəməsinin qalibi bəlli oldu - VİDEO

Flora Kərimova-Ülviyyə Alovlu məhkəməsinin qalibi bəlli oldu - VİDEO

Şou Veb saytların hazırlanması

08 İyun 2023 12:28 1735


Xalq artisti Flora Kərimova və jurnalist Ülviyyə Alovlu arasındakı məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, məhkəmənin qalibi Ü.Alovlu olub.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb:

"Binəqədi Rayon Məhkəməsindən gəlirəm. Bilirsiniz ki, Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. Bildirmişdi ki, guya mən cinayət işləmişəm. Əvvəldən yanlış müraciətlə gəlmişdi. Beş ilə yaxın idi ki, məhkəmə işi qanunsuz olaraq davam edirdi.

Bu gün nəhayət ki məhkəmə işinə son qoyuldu. Flora Kərimova kifayət qədər bu mövzu ilə bağlı vəsatət qaldırmışdı. Sonuncu iclas oldu və mən qalib gəldim. Ona görə ki, tamamilə əsassız iddia və vaxtı keçmiş məsələ idi".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü. Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

Xatıladaq ki, məhkəməyə Ülviyyə Alovlunun 2019-cu ildə Xalq artisti haqda bu fikirləri söyləməsi səbəb olmuşdu:

“Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!