Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim - Müğənni

Şou

25 Dekabr 2023 12:45 651


"Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim". 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "O üz" verilişində deyib. 

O əlavə edib: "İlhamə Quliyeva dedi ki, toyda mən filan yerdə oturacağam. Flora xanım orada olsaydı, qorxdum ki, davaları düşəcək. Ona görə də, Flora Kərimovanı toya dəvət edə bilmədim. Dördpendirli pizza

Açıb dərdimi danışmamışam. Toyların birində yola getməmələrini gördüm. İndi mən necə dəvət edə bilərdim? İlhamə deyəcəkdi ki, mənə söz ver, danışım, Flora isə buna etiraz edərdi, deyərdi ki, ona söz vermə. Onun qabağını kim ala bilərdi?

Flora da qızı Zümrüdə toy edəndə məni çağırmadı. Məclisi Elariz Məmmədoğlu idarə etdi. Məndən də soruşdular ki, bəs sən niyə qohumun toyunda oxumadın? Mən dəvət almayan yerə necə gedə bilərdim?! Ürəyimdə çox söhbətlər var, amma onlar mənimlə birlikdə qəbrə gedəcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!