“Formula-1” 60 milyon dollara başa gələcək?

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1” 60 milyon dollara başa gələcək?

İdman

31 Yanvar 2019 20:03 1026


Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib.

"Yeni Sabah" xəbər verir ki, nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edir.

Yazıda bildirilir ki, 2017-ci ilədək “Formula-1”ə rəhbərlik etmiş Berni Eklstoun tərəfindən qoyulmuş qaydalara əsasən hər növbəti mərhələ əvvəlkindən 5-10% baha olmalıdır. Pepperoni pizza

Ancaq sözügedən nəşr onu qeyd edib ki, sentyabrın 8-də İtaliyanın Montsa şəhərində keçiriləcək Qran Priyə onun promouterləri yalnız 24 milyon dollar ödəmək istəyir. Halbuki Azərbaycan Qran Prisindən sonra keçiriləcək bu məbləğin məntiqlə daha çox olması lazım idi.

Qeyri-rəsmi mənbənin sözlərinə əsasən, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarışın ilə təxminən 45 milyon dollara başa gələcəyi də qeyd olunub. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibinin qoyduğu “Liberti Media”dan narazı deyillər. 

Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Oxu.az"a açıqlamasında bu məlumatı təkzib edib. 

O bildirib ki, bu xərclər konfidensial saxlanılır və onun mətbuata sızması mümkün deyil.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!