Fransanın sualtı qayıqdan nüvə başlığı daşıya bilən ballistik raket sınağı Moskvanın sərt reaksiyasına səbəb olub. Kreml Parisin müdafiə siyasətini Rusiya ilə qarşıdurma üzərində qurmasını çıxılmaz yol adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, Fransa ilə Rusiya arasında gərginlik Parisin sualtı qayıqdan ballistik raket sınağı keçirməsindən sonra artıb. Fransa Prezidenti Emmanuel Makron sınaqdan sonra bildirib ki, bu addım birbaşa Rusiyanı hədəf almır. Lakin o, verilən mesajın yüksək və aydın şəkildə lazımi ünvana çatdığını deyib. Sınaq Ukraynadakı müharibənin davam etdiyi, eləcə də Avropa ölkələrində Rusiyanın törətdiyi iddia olunan müxtəlif gizli hücumlarla bağlı narahatlığın artdığı bir vaxtda keçirilib.
Kremlin sözçüsü Dmitri Peskov Fransanın raket sınağına münasibət bildirərkən Avropanın müdafiə və təhlükəsizlik siyasətini Rusiya ilə qarşıdurma üzərində qurduğunu deyib. Peskov bu yanaşmanı çıxılmaz yol adlandırıb. Onun sözlərinə görə, tarix bu cür siyasətlərin müsbət nəticə vermədiyini göstərir. pizza hut
Bu arada Ukraynanın paytaxtı Kiyev gecə saatlarında Rusiyanın güclü raket və pilotsuz uçuş aparatı hücumlarının hədəfinə çevrilib.Hücumlar nəticəsində 2 nəfərin öldüyü bildirilir. Şəhər sakinləri partlayış səslərindən sonra metro stansiyalarına sığınıblar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız