“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” -   Amerikalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” - Amerikalı ekspert

Siyasət

12 Noyabr 2020 11:36 1247


"Fransa rəhbərliyi yaxşı məlum olan tarixi faktların manipulyasiyasından əl çəkməli və erməni təbliğatının fiquru olmağı dayandırmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycan toponimlərinin adlarına hörmətsizlik və Azərbaycan şəhərlərini ermənilər tərəfindən uydurulmuş adlarla adlandırmaq, həqiqətən də Azərbaycan xalqı və tarixinə təhqirdir:

“Fransanın Xarici İşlər Nazirliyi ermənilərin uydurduğu “Şuşi” adından istifadə edib ki, bu da təxribatdır. Azərbaycan xalqını, əlbəttə ki, bu fakt məyus edir”.

Ekspert əlavə edib ki, Fransa XİN buna görə dərhal üzr istəməli və press-relizdə şəhərin adını dəyişdirməlidir.

P.Teys vurğulayıb ki, Şuşa tarixi Azərbaycan şəhəridir və Azərbaycanın xəzinəsidir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!