Fransa Senatı NATO-ya 2 yeni üzvlüyü təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Fransa Senatı NATO-ya 2 yeni üzvlüyü təsdiqlədi

Dünya

21 İyul 2022 18:18 663


Fransa Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında qanun layihəsini ratifikasiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna "Twitter"-dəki mikrobloqunda məlumat verib.

“Mən Senatın İsveç və Finlandiyanın NATO-ya daxil olmasının ratifikasiyasına imkan verən qanun layihəsini təsdiqini alqışlayıram. Bu ilhaqlar bizim kollektiv təhlükəsizliyimizi gücləndirəcək”, - deyə Fransanın xarici işlər naziri yazıb. Toyuqlu pizza

Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib. Əvvəllər bu proses Türkiyə tərəfindən əngəllənsə də, sonradan Türkiyə, İsveç və Finlandiya Ankaranın tələblərini nəzərə alaraq təhlükəsizlik sahəsində memorandum imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!