Fransa Ukraynanı silahlandırır - Mərmi tədarükü iki qat artırılır

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ukraynanı silahlandırır - Mərmi tədarükü iki qat artırılır

Dünya

28 Mart 2023 16:12 782


“Fransa Ukraynaya 155 millimetrlik mərmi tədarükünü iki dəfə artıracaq”. 

Yenisabah.az “Le Figaro”ya istinadla xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyen Lekornyu deyib. 

“Biz, həmçinin, Ukraynanın əks-hücumları üçün lazım olan yerüstü avadanlıqları tədarük edəcəyik. 155 millimetrlik mərmi tədarükünü iki qat artıracağıq, martın sonundan etibarən ayda iki min mərmi tədarük ediləcək” - deyib.  Dominos pizza

Nazirin sözlərinə görə, “Samp/T” zenit-raket kompleksi yaxın vaxtlarda Ukrayna silahlı qüvvələrinə təhvil veriləcək. Bununla yanaşı, Lekornyu əlavə edib ki, Ukraynaya yardım fonduna ikiqat ödənişlər məsələsi də müzakirə olunur. Fransa Müdafiə Nazirliyinin rəhbərinin fikrincə, əvvəllər ayrılmış 200 milyon avro artıq tam xərclənib. 

Xatırladaq ki, fransalı nazir keçən həftə elan etmişdi ki, ölkəsi ilin sonuna qədər hərbi istehsalının həcmini iki dəfə artırmağı planlaşdırır. Fransa Müdafiə Nazirliyi hərbi sənaye şirkətləri ilə həm Ukrayna Silahlı Qüvvələri, həm də öz ordusu üçün döyüş sursatlarının istehsalını artırmaq, eləcə də 20-yə yaxın strateji əhəmiyyətli hərbi təyinatlı məmulatların istehsalını bərpa etmək barədə razılığa gəlib. Həmçinin, Fransa Ukraynaya “TRF1” yedəkli haubitsaları və “Sezar” özüyeriyən artilleriyasını göndərib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!