25 Sentyabr - 05:59
Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışdı - Video

Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışdı - Video

Hadisə

23 Sentyabr 2022 22:20 391


Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

Yenisabah.az xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.

/Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!