Fransada “erməni soyqırımı”nı tanıdan adam öldü

saytların hazırlanması

Evə çatdırılma

Fransada “erməni soyqırımı”nı tanıdan adam öldü

Dünya

29 Mart 2020 13:40 1025


Fransanın sabiq sənaye naziri, O-de-Sen-Patrik departamentinin şura sədri Patrik Devecyan koronavirusdan ölüb.

Yenisabah.az xəbər verir ki, siyasətçinin 75 yaşı olub.

Patrik Devecyan Fransada erməni diasporunun əsas simalarından biri olub. Məhzonun fəallığı sayəsində Fransa parlamenti 2001-ci ildə “erməni soyqırımı”nı tanımışdı.

Hazırda Fransada 37 575 koronaviruslu xəstə var. Ölənlərin sayı isə 2314-ə çatıb. (Modern.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!