Fransada iğtişaşlarda iştirak edən 217 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Fransada iğtişaşlarda iştirak edən 217 nəfər həbs olundu

Dünya

17 Mart 2023 10:31 973


Paris polisi pensiya islahatlarına qarşı nümayiş zamanı iğtişaşlarda iştirak edən 217 nəfəri həbs edib. 

Yenisabah.az “France-Presse”ə istinadla xəbər verir ki, bu barədə Fransa DİN məlumat verib. 

Nazirlikdən verilən məlumata görə, iğtişaşcılar dağıntı və yanğın törətməkdə ittiham olunur.  pizza hut

Mətbuat ötən gün Fransa paytaxtının mərkəzinə 6 min insanın toplaşdığını yazır. Qüvvələr etirazçıları dağıtmaq üçün qaz və su şırnaqlarından istifadə edib.

Yerli KİV əlavə edib ki, təhlükəsizlik qüvvələri etirazçıları gözyaşardıcı qazla dağıdıb. 

Bildirilir ki, martın 23-də fransızlar yeni etiraz aksiyası hazırlayırlar.

Xatırladaq ki, yanvarın 10-da Fransanın Baş naziri Elizabet Born hökumətin 2023-cü ildə qəbul etməyi planlaşdırdığı pensiya islahatlarının mübahisəli layihəsini təqdim edib.

Onun sözlərinə görə, 2023-cü il sentyabrın 1-dən hakimiyyət pensiya yaşını ildə üç ay artırmağa başlayacaq. Beləliklə, 2030-cu ilə qədər pensiya yaşı 64-ə çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!